7A nömrəli marşrut boyu yollarda avtobus zolaqları çəkiləcək VİDEO
Bakı, 6 dekabr, Elvin Camalov, AZƏRTAC
7A nömrəli müntəzəm sərnişin avtobuslarının hərəkət etdiyi yollarda avtobus zolaqları təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri BNA-nın Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə deyib.
O bildirib ki, 7A nömrəli avtobuslar Gəncə-Qara Qarayev-Ziya Bünyadov-Moskva prospektlərindən keçir. Bu ərazilərdə avtobus zolaqlarının təşkili avtobuslar arasında intervalın azalmasına, sərnişinlərin mənzil başına daha tez çatmasına, ictimai nəqliyyatdan istifadənin artmasına imkan verəcək.
"Bakı Metropoliteni"nin “B-04” stansiyasının üçüncü mərhələsinin inşası yekunlaşıb
AZAL mart ayından üç istiqamət üzrə uçuşlara başlayır
Bakıda daha bir ünvanda yol təhlükəsizliyi səviyyəsi artırılıb
AZAL təyyarə parkını müasir “Airbus A320Neo” ilə genişləndirib ⠀
Özbəkistandan Azərbaycana Türkmənbaşı limanı vasitəsilə 100 konteyner göndərilib