BNA 49 küçə və prospektdə xüsusi avtobus zolaqlarının çəkilməsini təklif edir
Bakı, 6 dekabr, Elvin Camalov, AZƏRTAC
İctimai nəqliyyatda xidmət keyfiyyətlərinin artırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 49 küçə və prospektdə xüsusi zolaqların təşkilini təklif edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri BNA-nın mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, bu küçə və prospektlərin hər biri şəhərin vacib ictimai nəqliyyat dəhlizi hesab olunur. Artıq 17 küçə və prospektdə zolaqlar təşkil edilib. Lakin xüsusi zolaqların şəbəkə halında hələ də formalaşmaması, eyni zamanda, onun tələbinə ciddi riayət olunmaması hədəflənən nəticəni əldə etməyə imkan vermir.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb