×
A
A
A
Sazlamalar

Taksi sürücülərinə qarşı dələduzluq edən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 6 dekabr, AZƏRTAC

Paytaxtda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücüləri aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.
O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaliyyət göstərib.
Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.
Araşdırmalar Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində aparılır.

Hadisə 2022-12-06 11:10:00