×
A
A
A
Sazlamalar

DİN: Axtarışda olan 87 nəfər saxlanılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarılan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Hadisə 2022-12-06 10:53:00