×
A
A
A
Sazlamalar

Su və rəng ahəngindən yaranmış əsərlər

Bakı, 6 dekabr, AZƏRTAC
Xətai Sənət Mərkəzində “Su və rəng ahəngi – 2022” adlı akvarel sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan) və Xətai Sənət Mərkəzi nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərginin əhəmiyyətindən danışıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyinin sədri Səbinə İskəndər, Azərbaycan Dövlət Rəsm Qalereyası Muzey və ekspozisiya şöbəsinin müdiri Elçin Hüseyn sərgi haqqında fikirlərini bölüşüblər.
Çıxışlardan sonra sərgi iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, sərginin məqsədi ölkəmizdə akvarel janrının inkişafına dəstək olmaq, bu texnika ilə çəkilmiş əsərlərə ictimai marağın artırılmasına töhfə verməkdir. Sərgidə iştirak etmək üçün 100-dən çox rəssam 250-dən artıq əsər təqdim edib. 76 rəssamın 100 əsəri sərgilənmək üçün seçilib.

 

Mədəniyyət 2022-12-06 10:54:00