×
A
A
A
Sazlamalar

Quba sakinlərinin qaz təsərrüfatına dair müraciətləri qeydə alınıb

Bakı, 6 dekabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi (İB) Quba rayonunda səyyar qəbul keçirib.
İB-dən AZƏRTAC-a bildirilib ki, sakinlər qaz təchizatında üzləşdikləri problemləri mikrofon önündə səsləndiriblər.
Aksiya iştirakçılarından Səfər Bayramov Zərqava kəndinin qazlaşdırılmasını istəyib. Əkrəm İdrisov qaz xəttinin yerinin dəyişdirilməsini, Pirvəli Məmmədov isə qapı keçidinin quraşdırılmasını xahiş edib. “Açıq mikrofon”da ünvanlanan 6 müraciət isə Quba rayonundakı yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı olub.
Müraciətlər Xaçmaz Regional Qaz İstismarı İdarəsinin səlahiyyətli nümayəndələri tərəfindən qeydə alınıb.

Regionlar 2022-12-06 10:52:00