“Azəriqaz”ın baş direktoru Mingəçevirdə vətəndaşlarla görüşüb
Bakı, 5 dekabr, AZƏRTAC
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib.
İB-dən AZƏRTAC-a bildirilib ki, qəbul Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaş qəbulu keçirilməsi ilə bağlı tərtib edilmiş qrafikə əsasən baş tutub.
Görüşdə Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinlənilib. Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılaraq bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciətlər isə qeydə alınıb və qanunvericiliyin tələblərinə uyğun icra olunması istiqamətində göstəriş verilib.
Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.
Qubada qəza: ölən və yaralanan var
Sumqayıtda şəhid ailəsi ziyarət olunub
İsmayıllıda vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Beynəlxalq səyyahlar kütləvi məzarlığın axtarışı gedən Aşağı Seyidəhmədli kəndində olublar VİDEO
Qubalı məktəblilər Polis Akademiyasına qəbulla bağlı məlumatlandırılıblar