Kristian Faytinger: Əlli ildən sonra Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıya qayıtması simvolikdir VİDEO
Bakı, 5 dekabr, AZƏRTAC
Əlli ildən sonra yenidən Beynəlxalq Astronavtika Konqresi Bakıya qayıdır və bu, çox simvolikdir. Mütəxəssislər, gənc akademiklər, mühəndislər Bakıya gələrək kosmosla bağlı bütün müasir mövzular ətrafında müzakirələr aparacaqlar.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger söyləyib.
O bildirib ki, konqres çoxşaxəli tədbirdir və beş gün ərzində iki mindən çox təqdimat, kosmik sərgi və dünyanın müxtəlif yerlərindən bir çox insanlarla əlaqə yaratmaq imkanı var.
“Biz Bakıya qayıtdığımız üçün çox şadıq və ev sahibi Azərkosmosa indiyə qədər görülmüş böyük işlərə və böyük əməkdaşlığa görə təşəkkür edirik. Konqresə dünyanın hər yerindən kütləvi iştirakın olmasını səbirsizliklə gözləyirik”, - deyə icraçı direktor qeyd edib.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb