İmişlidə kənd məktəbində baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO
İmişli, 5 dekabr, A.Yavərzadə, AZƏRTAC
İmişlinin Yuxarı Qaralar kəndində məktəb binasında baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çağırış üzrə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin 7 texnikası cəlb olunub.
Alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Məktəb binası 282 şagird yerlikdir. Yanğının elektrik xətlərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.
17:31
İmişli rayon Yuxarı Qaralar kəndində məktəb binasında yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasının dam örtüyündə baş verən yanğının söndürülməsi üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə əraziyə cəlb olunub.
Qubada qəza: ölən və yaralanan var
Sumqayıtda şəhid ailəsi ziyarət olunub
İsmayıllıda vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Beynəlxalq səyyahlar kütləvi məzarlığın axtarışı gedən Aşağı Seyidəhmədli kəndində olublar VİDEO
Qubalı məktəblilər Polis Akademiyasına qəbulla bağlı məlumatlandırılıblar