“Şuşa mədəniyyətinin inciləri”: Rəşid Behbudov
Bakı, 5 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı görkəmli müğənni, Xalq artisti Rəşid Behbudova həsr olunub.
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Əslən Şuşalıdır.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub.
1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək oranın solisti və bədii rəhbəri olub.
Dahi sənətkar 1989-cu il iyunun 9-da vəfat edib.
Ölkəmizin də təmsil olunduğu Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb
Firudin bəy Köçərlinin anadan olmasının 160 illiyi ilə bağlı videoçarx hazırlanıb VİDEO
Macarıstanla türk dünyası arasında əlaqələrin inkişafına yönəlmiş birgə layihələr müzakirə edilib
Gənc rəssamların əsərlərindən ibarət rəsm sərgisi açılacaq
Bakıdakı Rus Evində Vladimir Vısotskinin 85 illiyinə həsr olunmuş musiqili-poetik gecə