Smart bulud sistemlərinin kiberdayanıqlılıq məsələləri araşdırılır
Bakı, 5 dekabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda smart bulud sistemlərinin kiberdayanıqlılıq məsələləri araşdırılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, informasiya sistemlərinə olan hücum cəhdlərinə hər zaman rast gəlinir. Lakin mövcud metodlar bu hücumların qarşısını almağa tab gətirmir. Yaranmış problemin aradan qaldırılmasında ən perspektivli həll kiberdayanıqlılıqdır. Müasir dövrdə təşkilatlar öz infrastrukturlarının kiberdayanıqlılığını təmin etmək üçün buludlara üz tuturlar. Son zamanlar bulud sistemlərinin kiberdayanıqlılığını təmin etmək üçün dərin və maşın təlimi üsullarından istifadə edən smart bulud sistemləri aktiv şəkildə yaradılmaqdadır.
15 yanvar - Beynəlxalq Vikipediya Günüdür
“Science 4.0”ın formalaşmasının elmi-nəzəri və praktiki problemləri tədqiq olunur
Kiberdayanıqlı informasiya infrastrukturunun formalaşması məsələləri müzakirə olunub