Azərbaycan-Türkiyə II Enerji Forumu çərçivəsində seminar keçiriləcək
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda onlayn seminar keçiriləcək.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, vebinarda İzmir Yüksək Texnologiya İnstitutunun professoru, Dr.Alper Baba tərəfindən dünyada bərpaolunan enerji istehsalında geotermal enerjinin rolu, iqtisadi inkişafa təsiri, texnoloji irəliləyişlər və digər məsələlər barədə ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
Məlumat üçün qeyd edək ki, Prof.Dr.Alper Baba Dokuz Eylül Universitetində doktorluq dərəcəsi alıb və hazırda İzmir Yüksək Texnologiya İnstitutunun prorektorudur.
Onlayn seminarda iştirak etmək istəyənlər dekabrın 7-si saat 15:00-da Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsilə seminara qatıla bilərlər.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir