×
A
A
A
Sazlamalar

Dələduzluq yolu ilə 12 nəfərin bank hesabına pul köçürən şəxs müəyyənləşdirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Paytaxt sakini A.Ç-nı aldadan şəxsin bank hesabına pul köçürməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dələduzluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Əli Dadaşov saxlanılıb.
Araşdırmalarla onun daha 12 nəfəri aldadaraq dələduzluq yolu ilə hesabına müxtəlif məbləğlərdə pul köçürməsi də müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-12-05 12:19:00