×
A
A
A
Sazlamalar

Beş nəfərin pulunu və mobil telefonlarını oğurlayan şəxs saxlanılıb

Bakı, 5 dekabr, AZƏRTAC

Qaradağ rayonu ərazisindəki daş karxanasında otaqların birində işləyən 5 nəfərin 1000 manata yaxın pulunun və mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Nadir Ağamaliyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-12-05 11:33:00