×
A
A
A
Sazlamalar

Kürdəmirdə indiyədək 28 min 400 hektardan çox sahədə taxıl əkilib

Kürdəmir, 5 dekabr, AZƏRTAC

Son günlər hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Kürdəmir taxılçıları payızlıq əkin kampaniyasını vaxtında başa çatdırmaq əzmindədirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC–ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə Kürdəmirdə 50 min hektar sahədə taxıl əkini gözlənilir. Hələlik 28 min 435 hektar sahədə əkin aparılıb. Taxıl səpininə 95-dən çox texnika cəlb olunub.
Səpində yerli şəraiti üçün daha çox sərfəli olan “Murov-2”, “Qobustan” buğda, “Qarabağ-22”, “Qarabağ-33 ”arpa sortlarından istifadə edilir. Əksər yerlərdə, xüsusilə Yuxarı Şilyan, Qarasu, Muradxan, Sor-Sor, Qarasaqqal və bir sıra digər icra nümayəndəliklərində əkin daha mütəşəkkil aparılır.

Kənd təsərrüfatı 2022-12-05 10:47:00