Sumqayıtda iki azyaşlı yanaraq ölüb
Bakı, 4 dekabr, AZƏRTAC
Sumqayıt şəhərində bir-birinə bitişik tikilən evlərdə yanğın olub.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 2 azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Sumqayıtda keçmiş məhkum avtobusda oğurluq edib
DİN: Ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
Binəqədidə narkotik satan şəxslər İrandakı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər VİDEO
İran vətəndaşından 6 kiloqramdan çox narkotik vasitə alan şəxs saxlanılıb VİDEO