×
A
A
A
Sazlamalar

AGF Avropa Gimnastikasında 3 nümayəndə ilə təmsil olunacaq

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası Avropa Gimnastikasında 3 nümayəndə ilə təmsil olunacaq. Bu barədə qərar Portuqaliyanın Albufeira şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu konqresində qəbul edilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadla xəbər verir ki, Yevgeniya Vilyayeva bədii gimnastika, Ruslan Eyvazov gimnastika hamı üçün, İnara İsrafilbəyovanın isə “TeamGym” idman növü üzrə Avropa Gimnastikasının texniki komitələrinin üzvlüyünə qəbul olunublar.
Qeyd edək ki, ötən il AGF-in idman direktoru, təmsilçimiz Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinə, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə Atletlər Komissiyasına üzv seçiliblər.

İdman 2022-12-03 19:06:00