×
A
A
A
Sazlamalar

“Qəbələ” turnir cədvəlində dördüncü pilləyə yüksəlib

Bakı, 3 dekabr, AZƏRTAC

“Qəbələ” futbol klubu “Səbail”ə qalib gələrək turnir cədvəlində dördüncü pilləyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən görüşün 5-ci dəqiqəsində paytaxt klubunun futbolçusu Kizito Luvaqa hesabı açıb. Matçın 35-ci dəqiqəsində “Qəbələ”nin yarımmüdafiəçisi Feras Abu Akal hesaba tarazlıq gətirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci hissəyə daha fəal başlayan “Qəbələ” oyunun 65-ci dəqiqəsində hesabda önə keçib. Belə ki, Ülvi İsgəndərovun vurduğu qol matçın taleyini həll edib.
Beləliklə, görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman 2022-12-03 18:39:00