×
A
A
A
Sazlamalar

Niderland-ABŞ: Start heyətlər açıqlanıb

Bakı, 3 dekabr, AZƏRTAC

Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində qarşılaşacaq Niderland və ABŞ milli komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Niderland millisinin start heyətində Andries Noppert, Yurien Timber, Vircil Van Dayk, Natan Ake, Denzel Dümfriz, Marten De Run, Frenki De Yonq, Deyli Blind, Deyvi Klaassen, Memfis Depay və Kodi Qakpo yer alıblar.
ABŞ yığmasının heyətində isə meydana Met Törnr, Sejinyo Dest, Tim Rim, Uolker Zimmerman, Entoni Robinson, Tayler Adams, Yunus Musa, Ueston Makkeni, Timoti Vea, Kristian Pulişi və Xesus Ferreyra çıxacaqlar.
“Xəlifə” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

 

İdman 2022-12-03 18:02:00