Qobustan Qoruğu məktəbliləri yarışa səsləyir
Bakı, 3 dekabr, AZƏRTAC
Qobustan Milli Tarix-Bədii Qoruğu məktəblilər üçün yeni layihə - “Muzey mədəniyyəti məktəbdən başlayır” yarışmasını təşkil edir.
Qoruq ərazisində yerləşən muzeyi və abidələri ziyarət edən məktəblilər, ziyarət zamanı burada kollektiv şəkil çəkdiriblərsə, fotoşəkilləri dekabrın 10-dək Qoruğun [email protected] e-mail ünvanına göndərməklə yarışa qatıla bilərlər.
Bu barədə AZƏRTAC-a Qobustan Milli Tarix-Bədii Qoruğundan məlumat verilib.
Bildirilib ki, yarışın şərtlərinə əsasən, Qoruğun sosial hesablarındakı səhifədə bəyənmə və paylaşma sayı daha çox olan məktəbli kollektivinin fotosu qalib hesab olunacaq və onlara həvəsləndirici hədiyyələr təqdim ediləcək.
Yarışmanın keçirilməsi Qobustan abidələrinin məktəblilər arasında daha geniş şəkildə təbliği məqsədi daşıyır.
Yarışın qalibi dekabrın 15-də elan olunacaq.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir