×
A
A
A
Sazlamalar

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti postunda qalıb.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Portuqaliyada keçirilən 29-cu konqresdə F.Qayıbov səs çoxluğu ilə yenidən prezident seçilib.
Qeyd edək ki, F.Qayıbov Avropa Gimnastikasına 2017-ci ildən rəhbərlik edir.

 

İdman 2022-12-03 14:10:00