×
A
A
A
Sazlamalar

Niderland millisi ABŞ-a, Argentina isə Avstraliyaya qarşı

Bakı, 3 dekabr, AZƏRTAC

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün pley-off mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. “Xəlifə” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.
Günün digər matçı isə Argentina və Avstraliya yığmaları arasında oynanılacaq. “Əhməd ibn Əli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.

 

 

 

İdman 2022-12-03 11:14:00