DİN: Axtarışda olan 95 saxlanılıb
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 2-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarılan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.
Sumqayıtda keçmiş məhkum avtobusda oğurluq edib
DİN: Ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
Binəqədidə narkotik satan şəxslər İrandakı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər VİDEO
İran vətəndaşından 6 kiloqramdan çox narkotik vasitə alan şəxs saxlanılıb VİDEO