Opera və Balet Teatrı dekabr repertuarını açıqlayıb
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ay maraqlı səhnə əsərləri ilə tamaşaçıların qarşısına çıxacaq.
Həmişə olduğu kimi, bu dəfə də teatrın repertuarı zəngindir.
AZƏRTAC sənət ocağının dekabr repertuarını təqdim edir.
3 dekabr – “Don Kixot” baleti
4 dekabr – “Arşın mal alan” operası
7 dekabr – “Sevil” operası
10 dekabr – “Min bir gecə” baleti
11 dekabr – “Cırtdan” operası
14 dekabr – “Jizel” və “Xanım və Xuliqan” baletləri
17 dekabr – “Bolero” baleti
18 dekabr – “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası
21 dekabr – “Məhəbbət tanqosu” baleti
24 dekabr – “Fiqaronun toyu” operası
25, 28 dekabr – “Şelkunçik” baleti
Tamaşaçılar səhnə əsərlərini müvafiq olaraq saat 19:00-da izləyə biləcəklər.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir