×
A
A
A
Sazlamalar

Serbiya millisi mundiallar tarixindəki antirekordunu təkrarlayıb

Bakı, 3 dekabr, AZƏRTAC

Qətərdə keçirilən dünya çempionatının G qrupunun üçüncü turunda Serbiya milli komandası İsveçrə yığması ilə qarşılaşıb və rəqibinə 2:3 hesabı ilə məğlub olub.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsində keçirdiyi görüşlərdə qələbə qazana bilməyən Balkan təmsilçisi 2006-cı ildə Almaniyada təşkil olunan mundialdakı nəticəsini təkrarlayıb.
Yığma iştirak etdiyi ardıcıl dördüncü dünya çempionatında mərhələ adlaya bilməyib. Komanda 2014-cü ildə Braziliyanın ev sahibliyi etdiyi mundialın final mərhələsinə vəsiqə qazana bilməmişdi.
Qeyd edək ki, Serbiya millisi G qrupunda Braziliyaya 0:2 hesabı ilə məğlub olub, Kamerun seçməsi ilə heç-heçə edib – 3:3.

İdman 2022-12-03 10:34:00