×
A
A
A
Sazlamalar

Prokurorluq: Bir ailənin dörd üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

Hadisə 2022-12-02 23:32:00