×
A
A
A
Sazlamalar

“Qarabağ” klubu əzəli rəqiblərin duelindən qalib ayrılıb

Bakı, 2 dekabr, AZƏRTAC

“Neftçi”-“Qarabağ” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
AZƏRTAC xəbər verir ki, əzəli rəqiblərin oyununa ev sahibliyi edən “Bakcell Arena”da “Qarabağ” komandası böyük hesablı qələbə qazanıb.
Oyunun birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb. İkinci hissəyə fəal başlayan Ağdam təmsilçisi 37-ci dəqiqədə hesabı açıb. Kadi Borqes baxımlı qolla “Qarabağ”ı hesabda önə keçirib. Matçın 60-cı dəqiqəsində Abdullah Zubir “Neftçi” futbolçularını meydanın mərkəzinə dəvət edib. Yeddi dəqiqə sonra Ramil Şeydayev Bakı təmsilçisinin qapısına yol tapmağı bacarıb. Görüşün 83-cü dəqiqəsində K.Borqes dubl etməklə oyunun nəticəsini müəyyənləşdirib.
Beləliklə, “Qarabağ” komandası Azərbaycan derbisindən 4:0 hesablı qələbə ilə ayrılıb.
Bu qələbədən sonra turnir cədvəlində mövqeyini möhkəmləndirən “Qarabağ” xallarının sayını 44-ə çatdırıb. “Neftçi” isə 32 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun “Qəbələ” – “Səbail”, “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt” və “Zirə” – “Turan Tovuz” görüşləri ertəsi gün keçiriləcək.

İdman 2022-12-02 23:28:00