×
A
A
A
Sazlamalar

Koreya Respublikasından üçüncü cəhd, məğlubiyyətlə gələn qrup liderliyi FOTOREPORTAJ

Bakı, 2 dekabr, AZƏRTAC

Koreya Respublikasının futbol millisi Qətərdə keçirilən dünya çempionatının H qrupunun üçüncü turunda Portuqaliya yığmasına 2:1 hesabı ilə qalib gəlib. Aktivindəki xalların sayını 4-ə çatdıran komanda Uruqvay millisi ilə eyni xal toplasa da, əlavə göstəricilərə görə qrup ikincisi kimi mərhələ adlayıb. Məğlubiyyətə baxmayaraq Portuqaliya millisi 6 xalla qrup lideri olub.
Koreya Respublikası millisi özünün futbol tarixində üçüncü dəfə mundialın pley-off mərhələsinə yüksəlib. Komanda 2002-ci və 2010-cu il çempionatlarında da mərhələ adlamağı bacarıb. Seçmənin ən uğurlu nəticəsi Koreya Respublikası və Yaponiyanın birgə ev sahibliyi etdiyi dünya çempionatında yarımfinalda iştirak olub.
Portuqaliya millisi dünya çempionatları tarixində ilk dəfə hesabı açdığı oyunda məğlub olub. Koreya Respublikası ilə oyunda 5-ci dəqiqədə Rikardo Orta fərqlənib. İndəyədək 18 oyunda hesabı açan Portuqaliya seçməsi həmin görüşlərdən 15-də qələbə sevinci yaşayıb. Digər oyunlar heç-heçə yekunlaşıb.
AZƏRTAC Koreya Respublikası – Portuqaliya oyunundan maraqlı görüntüləri təqdim edir. Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.

İdman 2022-12-02 22:24:00