×
A
A
A
Sazlamalar

Avropa Gənclər Olimpiya Festivalının qalibi Azərbaycan çempionu olub

Bakı, 2 dekabr, AZƏRTAC
Bakı İdman Sarayında qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatının birinci gününə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, birinci yarış günündə 4 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Qadın cüdoçuların yarışında XIII Avropa Gənclər Olimpiya Festivalının qalibi Şəfəq Həmidova (48 kq) və Aytac Qardaşxanlı (63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Kişilərin mübarizəsində isə Nazir Talıbov (60 kq) və Zelim Tckayev (81 kq) qızıl medala sahib olublar.
Dekabrın 5-dək davam edəcək çempionatda 395 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

 

 

İdman 2022-12-02 19:05:00