×
A
A
A
Sazlamalar

Altı ölkə Orta Dəhliz üçün vahid strategiya hazırlayır

Bakı, 2 dekabr, AZƏRTAC

Standartlara cavab verən logistika infrastrukturuna malik ölkələr Orta Dəhlizdə fəal iştirak edə biləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
O bildirib ki, növbəti mərhələdə əsas məqam ölkələrin infrastrukturlarının inteqrasiyasıdır: “Altı ölkə Orta Dəhliz üçün vahid strategiya hazırlayır. Bu ölkələrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan, Türkmənistan və Özbəkistan daxildir. Burada əsas məsələ sənədləşmələrin elektron formada aparılmasıdır”.

Nəqliyyat 2022-12-02 15:06:00