×
A
A
A
Sazlamalar

Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılır

Bakı, 2 dekabr, AZƏRTAC

Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə 12 işçi qrupu yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu, Milli Məclisin dekabrın 2-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan-Banqladeş, Azərbaycan-Burundi, Azərbaycan-Efiopiya, Azərbaycan-Honduras, Azərbaycan-Kamerun, Azərbaycan-Qvatemala, Azərbaycan-Livan, Azərbaycan-Nepal, Azərbaycan-Nigeriya, Azərbaycan-Panama, Azərbaycan-Sudan və Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Siyasət 2022-12-02 12:52:00