×
A
A
A
Sazlamalar

Şuşada ölümlə nəticələnən qəza baş verib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi, yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Dağılan yanacaq yoldan təmizlənib.
Faktla bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2022-12-02 11:36:00