×
A
A
A
Sazlamalar

Energetika naziri Zaqatalada vətəndaşlarla görüşəcək

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 23-də energetika naziri Pərviz Şahbazov Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “[email protected]” elektron poçt ünvanı, “974” Çağrı mərkəzi, 598-16-55 “Qaynar xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, email: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Nazirliyin “www.minenergy.gov.az” internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

 

Energetika 2022-12-02 11:00:00