×
A
A
A
Sazlamalar

DİN: Gəncədə tələbələr arasında baş vermiş davaya hüquqi qiymət veriləcək

Bakı, 1 dekabr, AZƏRTAC

Noyabrın 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

Cəmiyyət 2022-12-01 22:17:00