×
A
A
A
Sazlamalar

Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib

Bakı, 1 dekabr, AZƏRTAC

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.
AZƏRTAC xəbər verir ki, bunu mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri F qrupunun üçüncü tur oyunundan sonra mətbuat konfransında deyib.
Qeyd edək ki, Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialda mübarizəni dayandırıb.

İdman 2022-12-01 22:05:00