×
A
A
A
Sazlamalar

Belçika millisindən 24 il sonra antirekord, ağ və qırmızı rəngə bürünmüş “Əhməd ibn Əli” stadionu FOTOREPORTAJ

Bakı, 1 dekabr, AZƏRTAC
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının F qrupunun üçüncü turu çərçivəsində keçirilən Xorvatiya – Belçika oyunu qolsuz heç-heçə ilə başa çatıb.
Xorvatiya millisi 5 xalla qrup ikincisi kimi mərhələ adlayıb. Belçika isə 4 xalla üçüncü olub və qrupda qalıb.
Belçika millisi 24 ildən sonra ilk dəfə dünya çempionatında mübarizəni qrup mərhələsində dayandırıb. Komandanın ən yaxşı nəticəsi 2018-ci ildə Rusiyada təşkil olunan mundialda bürünc medal olub.
Xorvatiya millisi isə üçüncü dəfə pley-off mərhələsinə vəsiqə qazanıb. Yığma 2018-ci ildə gümüş, 1998-ci ildə isə bürünc medala yiyələnib.
AZƏRTAC Xorvatiya – Belçika oyunundan maraqlı görüntüləri təqdim edir. Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.

 

İdman 2022-12-01 21:56:00