Ukraynanın daha 50 hərbçisi əsirlikdən azad edilib
Kiyev, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Daha 50 ukraynalı hərbçi vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak teleqram səhifəsində məlumat yayıb.
O yazıb ki, Mariupol və Azovstalın müdafiəçiləri, eləcə də Yelenovka koloniyasında olan hərbçilər vətənə qayıdırlar. Eyni zamanda, Donetsk, Luqansk və Zaporojye istiqamətlərində döyüşlərdə iştirak edən yaralı əsgərlər əsirlikdən azad edilib.
"Bu, hər gün davam edən böyük işdir. Son ukraynalı əsirlikdən çıxarılana qədər çalışacağıq”, - deyə Yermak əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyaları müzakirə edir
Türkiyədə 5,4 bal gücündə zəlzələ baş verib
Zelenski Makron və Şultsla görüşmək üçün Parisə yola düşüb
NATO ölkələri münaqişə ərzində Ukraynaya 120 milyard dollar yardım edib
BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfəri gözlənilir