AzMİU-nun tələbələri “Norm”da istehsalat təcrübəsinə cəlb olunacaqlar
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup tələbəsi “Norm” ASC-də istehsalat təcrübəsində olacaq.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, təcrübəyə cəlb olunacaq tələbələrin seçimi üçün “Norm” ASC-nin nümayəndələri tərəfindən müsabiqə keçirilib. Müsabiqədə 25 tələbənin məntiqi təfəkkürü, dil biliyi və dünyagörüşü yoxlanılıb.
Müsabiqədən keçən tələbələr gələn ilin fevral ayından “Norm”da ixtisasları üzrə istehsalat təcrübəsinə başlayacaqlar.
BDU tələbələri ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər
ADNSU-da “AZİİ Data analitika” mərkəzi yaradılır
Nazir Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Qazaxıstanın maarif naziri ilə görüşdə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Dövlət İmtahan Mərkəzi TKT imtahanlarına qeydiyyat elan edib