×
A
A
A
Sazlamalar

Himayədar ailə üzrə mütəxəssislər Türkiyədə təlimlərdə iştirak ediblər

Bakı, 1 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasındakı əməkdaşlıq memorandumu çərçivəsində qardaş ölkədə “Himayədar ailə” qayğı modelinə dair növbəti təlimlər keçirilib.
Himayədar ailə üzrə mütəxəssislər tərəfindən tədris olunan təlimlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq sahədə çalışan əməkdaşları cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iştirakçılara himayədar ailə sahəsində qanunvericilik, qayğı modelinin mexanizmi, himayədar valideyn olmaq istəyən şəxslərlə peşəkar müsahibə aparılmasının üsulları mövzularında biliklər aşılanıb.
Qardaş ölkənin təcrübəsinə əsaslanan təlimlərdə, həmçinin sosial və psixo-sosial dəstək xidmətinin prosedurları və prinsipləri ilə bağlı mövzular əhatə olunub.

Sosial 2022-12-01 17:39:00