Uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model işlənilib
Bakı, 1dekabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri” və “İnformasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri” mövzuları üzrə tədqiqatlar aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun elmi iclasında fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov məlumat verib. Onun sözlərinə görə, bu il intellektual texnologiyaların tətbiqi ilə uşaqların internetdə qorunması üçün metod və alqoritmlər işlənib. Qeyri-səlis məntiqi çıxarış əsasında uşaqların informasiyaya girişinin idarə edilməsi üçün metod hazırlanıb. “Industry 4.0” şəraitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model tətbiq olunub.
15 yanvar - Beynəlxalq Vikipediya Günüdür
“Science 4.0”ın formalaşmasının elmi-nəzəri və praktiki problemləri tədqiq olunur
Kiberdayanıqlı informasiya infrastrukturunun formalaşması məsələləri müzakirə olunub