×
A
A
A
Sazlamalar

İsmayıllıda 30 min hektardan çox sahədə taxıl əkilib

İsmayıllı, 1 dekabr, AZƏRTAC

İsmayıllı rayonunda payızlıq taxıl əkini davam edir və artıq 30150 hektar sahədə səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda bütün qüvvələr bu mühüm kampaniyanın tezliklə başa çatdırılması üçün səfərbər edilib. Rayonun bir sıra ərazilərində, o cümlədən İvanovka kolxozunda, Kürdüvan, Qıçatan, Qoşakənd, Quşencə, Topçu, Təzəkənd, Keyvəndi, Qalacıq, Talıstan, Sumağallı, İstisu, Soltankənd, Qalagah kəndlərinin ərazilərində səpin başa çatdırılıb. Hazırda əkin rayonun aran zonasında aparılır. Hər gün sahələrə 100-dən çox texnika çıxarılır. Əkin zamanı fermerlər və fiziki şəxslər sertifikatlı toxumdan və mineral gübrələrdən istifadə edirlər.

 

 

Kənd təsərrüfatı 2022-12-01 16:26:00