×
A
A
A
Sazlamalar

Narkomaniya fiziki və mənəvi sağlamlıq üçün ciddi təhlükədir

Saatlı, 1 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Əsrin bəlasına çevrilən və gənclərin gələcəyini məhv edən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində bütün zəruri tədbirlər görülür və bu qanunsuz əməllə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda keçirilən maarifləndirici tədbirdə bu barədə rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev danışıb.
Təhsil şöbəsi nümayəndələrinin, RPŞ əməkdaşlarının, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdlərinin iştirak etdikləri görüşdə yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasından da danışan şöbə rəisi, erkən nikahların qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-12-01 14:50:00