Şamaxı və İsmayıllı ağ örpəyə bürünüb
Şamaxı, 1 dekabr, AZƏRTAC
Şamaxıya ötən gecə saat 12 radələrindən başlayaraq qar yağır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövsümün ilk qarı ən çox rayonun dağlıq ərazilərinə düşüb. Belə ki, Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat, Ərçiman, Pirqulu, Keçməddin dağ kəndlərində qarın qalınlığı 5-10 santimetrə çatır.
Qar avtomobil yollarında hələlik ciddi problem yaratmayıb. Belə ki, Şamaxı-Pirqulu, Şamaxı-İsmayıllı, Şamaxı-Ağsu və Şamaxı-Bakı avtomobil yolu hazırda işlək vəziyyətdədir.
Dünən gecə saatlarından başlayaraq İsmayıllının şimal dağlıq ərazilərinə də qar yağır. Burovdal, Müdri, Əhən, Lahıc, Zərnava, Sulut, Tağlabiyan, Basqal, Mücü, Qalacıq, İstisu və digər dağ kəndlərində qarın hündürlüyü 3-5 santimetrə çatıb.
Yağan qar rayonda ciddi problem yaratmayıb.
Qubada qəza: ölən və yaralanan var
Sumqayıtda şəhid ailəsi ziyarət olunub
İsmayıllıda vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Beynəlxalq səyyahlar kütləvi məzarlığın axtarışı gedən Aşağı Seyidəhmədli kəndində olublar VİDEO
Qubalı məktəblilər Polis Akademiyasına qəbulla bağlı məlumatlandırılıblar