Test imtahanında uğur qazanmış namizədlərin nəzərinə: sertifikatlar verilir
Bakı, 1 dekabr, AZƏRTAC
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə noyabrın 13-də keçirilmiş test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını ala bilərlər. Namizədlər sertifikatlarını almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Test imtahanında uğur qazanmış namizədlər sertifikatlarını DİM-in Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində ala bilərlər.
AzTU-nun kollektivi Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarının xatirəsini anıb
Rəşad Məcid: Şəxsiyyət olmaq həm də öz ədəbiyyatını, mədəniyyətini yaxından bilməkdir
İş imkanlarının yüksək olduğu peşə - tornaçı
DİM Direktorlar Şurasının sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb