×
A
A
A
Sazlamalar

Marketdə saxta spirtli içkilər aşkar olunub

Bakı, 1 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakının Səbail rayonunda Bülbül prospekti, 7 ünvanında fiziki şəxs İbrahimova Zeynəb Həsənağa qızına məxsus “Sahil” marketdə yoxlama keçirilib.
Yoxlama zamanı obyektdə aşkar saxtalaşdırılma əlamətləri olan ümumilikdə 33 ədəd “Absolute Vodka”, “Fortuna Organic”, “Fortuna Premium”, “Nemiroff” əmtəə nişanlı araq, “Olmeca Tequila”, “Sierra” əmtəə nişanlı tekila, “Ballantines”, “Black Label” əmtəə nişanlı viski məhsulları aşkar edilib. Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib.
Aşkar olunmuş faktla əlaqədar həmin məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

 

Sosial 2022-12-01 11:41:00