Məktəblərdə tədrisin təşkili vəziyyəti müzakirə edilib
Bakı, 1 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, məktəblərdə tədrisin təşkili vəziyyəti və cari məsələlərə həsr olunmuş görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, 2022-ci ildə qazanılmış uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda irəli sürülən məsələlərin icrası vəziyyətindən bəhs edilib və qarşıda duran hədəflər barədə məlumat verilib. Məktəblərdə aparılmış monitorinqlər, qiymətləndirmə, şagirdlərin davamiyyəti, kargüzarlıq, psixoloji mühitin yaxşılaşdırılması, məktəb infrastrukturundan səmərəli istifadə, istilik təminatı və digər məsələlərlə bağlı fikirləri səsləndirilib.
Tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyi vurğulanıb, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin, həmçinin idarəetmə işinin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev məktəblərdə monitorinqlərin təşkili, tədris prosesinin müvafiq tələblərə uyğun qurulması ilə bağlı fikirlərini bildirib.
Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır