Sumqayıta həsr olunan monoqrafiya şəhərin 70 illik inkişaf yoluna işıq salır
Sumqayıt, 1 dekabr, AZƏRTAC
Sumqayıtın 70 illik iqtisadi və sosial inkişaf yolundan bəhs edən “Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti” adlı monoqrafiyada şəhərin strateji əhəmiyyəti kompleks və sistemli şəkildə araşdırılıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyevin müəllifi olduğu “Azərbaycanın sosial-iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti” adlı monoqrafiyanın təqdimatı keçirilib.
Təqdimat mərasimindəki çıxışlarda şəhərin sosial-iqtisadi inkişafının tarixi-iqtisadi aspektlərinin, sənaye potensialının və infrastrukturunun yaradılması proseslərinin elmi metodologiya əsasında araşdırıldığı qeyd edilib. Həmçinin Sumqayıtın sənaye və elmi-texniki potensialının təhlili aparılıb, şəhərin sənaye potensialının modernizasiya prosesləri qiymətləndirilib. Bildirilib ki, monoqrafiyada Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi rolu araşdırılıb, şəhərin güclü sənaye mərkəzi kimi formalaşmasında xidmətləri xatırlanıb. Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələyə qaldırılmasında Sumqayıtın strateji əhəmiyyəti tədqiq olunub, şəhərin sənaye mərkəzi kimi modernləşdirilməsində Prezident İlham Əliyevin qayğısı diqqətə çatdırılıb.
Monoqrafiyanın elmi işçilər və mütəxəssislər, Sumqayıtın sosial-iqtisadi inkişaf prosesləri ilə maraqlanan tədqiqatçılar, geniş oxucu kütləsi və şəhərin qonaqları üçün nəzərdə tutulduğu vurğulanıb.
Qubada qəza: ölən və yaralanan var
Sumqayıtda şəhid ailəsi ziyarət olunub
İsmayıllıda vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Beynəlxalq səyyahlar kütləvi məzarlığın axtarışı gedən Aşağı Seyidəhmədli kəndində olublar VİDEO
Qubalı məktəblilər Polis Akademiyasına qəbulla bağlı məlumatlandırılıblar