×
A
A
A
Sazlamalar

ÜMT: Beş milyarddan çox sakin su qıtlığı ilə üzləşəcək

Bakı, 1 dekabr, AZƏRTAC

2050-ci ilə qədər Yer kürəsinin beş milyarddan çox sakini bu və ya digər dərəcədə su qıtlığı problemi ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) dərc etdiyi “Qlobal su ehtiyatları” məruzəsində deyilir.
ÜMT bu mövzuya olan birinci məruzəsini iqlim, ekoloji və sosial dəyişikliklərin Yer kürəsinin su ehtiyatlarına təsirinin təhlilinin nəticələri ilə bağlı açıqlayıb. Sənəd şirin su ehtiyatlarının qlobal həcmi barədə təsəvvür yaradır, eləcə də Yer kriosferinin zəif mövqeyinə işarə edir (qar və buz).
2021-ci ildə Yer kürəsinin böyük hissəsində həmişə olduğundan daha quru hava şəraiti müşahidə olunub.
“Son zaman iqlim dəyişikliyinin nəticələri daha çox məhz su ehtiyatlarının vəziyyəti ilə bağlı hiss olunur: biz daha intensiv və daha tez-tez baş verən quraqlıqlar, ekstremal daşqınlar, qeyri-bərabər mövsümi yağıntılar və buzlaqların sürətli əriməsini müşahidə edirik, – deyə ÜMT-nin Baş katibi professor Petteri Taalas bildirib. – Bu cür dəyişikliklər iqtisadiyyat, ekosistemlər və bizim gündəlik həyatımızın, demək olar ki, bütün aspektlərinə kaskad şəkildə təsir edir. Uzun müddət aparılan tədqiqatlara baxmayaraq, biz indiyə qədər şirin su ehtiyatlarının bölüşdürülməsində məntiqi, eləcə də onlarda baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini axıra qədər anlamırıq”.
Hazırda 3,6 milyard insan ildə heç olmasa bir ay su çatışmazlığı problemi ilə üzləşir. 2050-ci ilə qədər bu rəqəmin beş milyarddan çox artacağı gözlənilir.
Məruzədə qeyd edilir ki, mənfi tendensiyalar müsbət tendensiyalardan güclü olacaq, yəni yerüstü su ehtiyatları tədricən azalacaq.
Kriosfera su ehtiyatlarının vəziyyətinin dəyişməsi daşqınlar və leysan daşqınlara səbəb olaraq, ərzaq təhlükəsizliyi, insanların sağlamlığı, ekosistemlərin bütövlüyü və qorunub saxlanmasına mənfi təsir edir.

Ekologiya 2022-12-01 02:36:00