×
A
A
A
Sazlamalar

® “Huawei” İKT Akademiyası rəqəmsal ekosistemləri zənginləşdirmək üçün Azərbaycanın ən yaxşı təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb

“Huavei Technologies Azərbaycan” MMC Bakı Ali Neft Məktəbi ilə tərəfdaşlığını gücləndirərək Azərbaycanın rəqəmsal ekosistemini inkişaf etdirilməsi ilə bağlı tərəfdarlığını təsdiqləyib.

“Huavei Azərbaycan”ın bəyanatına əsasən, İKT Akademiyası rəqəmsal iqtisadiyyata keçidi dəstəkləməklə birgə universitet proqramlarını texnoloji şirkətlərin reallığına çatdıracaq.
Noyabr ayında fəaliyyətə başlayan İKT Akademiyası tələbələri “Huawei” şirkətinin məlumat bazasına, həmçinin böyük verilənlər, bulud texnologiyaları, Əşyaların İnterneti, Süni İntellekt və 5G kimi müxtəlif sahələrdə ən son texnoloji yeniliklərə çıxış ilə təmin edəcək.
Şirkət tərəfindən verilən məlumata görə, Azərbaycan universitetlərinin indi “Huawei”in innovasiyaları və “nou-hau”ları ilə əlaqədar ən üstün təcrübələrini özündə birləşdirən daha strukturlaşdırılmış və təkmilləşdirilmiş proqrama çıxışları olacaq.
“Bugünkü tərəfdaşlıq “Huawei”in sənayenin tələblərini ödəmək üçün yüksək ixtisaslı, səriştəli İKT işçi qüvvəsinin mövcudluğu sahəsindəki boşluğu doldurmaqda ölkəyə dəstək olmaq üzrə güclü öhdəliyinin bir hissəsidir”,- deyə “Huavei Technologies Azərbaycan” MMC-nin baş direktoru David Xu açılış nitqində bildirib.
“Mən daha çox kollec və universitetləri “Huawei” İKT Akademiyası Proqramına qoşulmağa dəvət etmək istəyirəm ki, birlikdə tələbələrin öyrəndiklərini daim təkamüldə olan İKT bazarının ehtiyaclarına uyğunlaşdıra bilək. İKT üzrə istedadların yetişdirilməsi sahəsində “Huawei” şirkətinin təcrübəsinə əsaslanaraq, İKT Akademiyası universitetlərə sistematik, texnoloji cəhətdən qabaqcıl, standartlaşdırılmış, praktik İKT mühit və kurs sistemini yaratmağa köməklik göstərir və tələbələrin müəssisə tələblərinə cavab verməsi imkanını yaradır”, - deyə baş direktor əlavə edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışı zamanı Anlaşma Memorandumunun imzalanması haqqında danışıb: “Huawei” İKT texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biridir, buna görə də “Huawei” şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumunun imzalanması bizim üçün əlamətdar bir hadisədir. “Huawei” şirkəti hər zaman universitetimizə, tələbələrimizə göstərdiyi xüsusi diqqət və qayğı ilə seçilir. Biz əminik ki, Bakı Ali Neft Məktəbində İKT Akademiyasının yaradılması çərçivəsində əməkdaşlığımız səmərəli nəticələr verəcək”.
Fəaliyyətə başladığı gündən “Huawei” İKT Akademiyası Azərbaycanın aparıcı universitetlərindən minlərlə həvəskar və tələbəni cəlb edib.
Bu layihə universitetlər, müstəqil kolleclər və qeyri-kommersiya dövlət təhsil müəssisələrinə şamil olunur. Bu rəqəmsal cəmiyyətdə İKT texnologiyaları müxtəlif peşələrə böyük təsir göstərir və fənlərarası tələblərin artmasına səbəb olur.
Layihə çərçivəsində əməkdaşlıq edən universitetlər “Huawei”in İKT texnologiyaları və kurslarını təqdim edir, tələbələri “Huawei” sertifikatlarını almağa həvəsləndirir, dünya və İKT sənayesi zənciri üçün praktiki bacarıqlara malik peşəkarlar yetişdirir. Şirkətin paylaşdığı məlumata əsasən, indiyədək “Huawei” 2 mindən çox universitet və 8000 müəllimlə əməkdaşlıq edərək, hər il bütün dünya üzrə 150 mindən çox tələbəyə dəstək göstərir.
Müəssisələrin tələbi ilə ixtisaslı kadr təchizatı arasındakı fərqi aradan qaldırmaqla, “Huavei Azərbaycan” “Huawei” İKT Akademiyası vasitəsilə texnoloji təhsil standartını müəyyənləşdirməyə və ölkənin İKT sənayesinin davamlı inkişafını dəstəkləmək üçün daha çox texniki və yararlı bacarıqlar, qabaqcıl texnologiyalar təmin etməyə, innovasiya və sahibkarlığa daha çox dəstək göstərməyə ümidlidir.

İKT 2022-11-30 19:00:00