×
A
A
A
Sazlamalar

Hərbi hissənin yaradılmasının 160 illiyi qeyd olunub

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrinin tabeliyində olan “N” hərbi hissənin yaradılmasının 160 illiyi ilə əlaqədar tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki oxunub.
Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov geniş məruzə ilə çıxış edərək hərbi hissənin yaranma zərurətindən, fəaliyyətindən, misilsiz töhfələrdən söz açıb və şəxsi heyəti təbrik edib.
Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin hazırda Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
Sonda xidmətdə fərqlənən və yüksək nizam-intizamı ilə seçilən şəxsi heyətin bir qrupu mükafatlandırılıb.

Ordu 2022-11-30 18:20:00